Bank Of Baku

Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb
# 30 avqust 2010 06:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 27-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 1,81 dollar və ya 2,5% artaraq 1 barelə görə 75,17 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, avqustun 27-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,63 dollar artaraq 76,65 dollar təşkil edib.

Mütəxəssislərin fikrincə, neftin bahalaşması spekulyativ xarakteri daşıyır və bazar iştirakçıları tərəfindən avqustun 25-dən başlayan fyuçerslərin kütləvi şəkildə alışı davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR