Bank Of Baku

Dow Jones indeksi 1,7%, S&P 500 1,7%, Nasdaq 1,7% yüksəlib

Dow Jones indeksi 1,7%, S&P 500 1,7%, Nasdaq 1,7% yüksəlib
# 30 avqust 2010 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 27-də Amerika fond bazarında Dow Jones indeksi 1,7% - 10 151 bəndədək, S&P 500 1,7% - 1 065 bəndədək, Nasdaq 1,7% - 2 154 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, avqustun 27-də səsləndirilən Federal Ehtiyat Sisteminin başçısının bəyanatı ABŞ fond bazarına müsbət təsir edib. Xatırladaq ki, Ben Bernanke bəyan edib ki, başçılıq etdiyi qurum iqtisadiyyatın bərpasına və bərpasının sürətləndirilməsinə bütün gücü sərf edəcək. Bu bəyanat investorları ruhlandırıb.
Avropa fond bazarlarında avqustun 27-də FTSE 100 indeksi 0,9% - 5 202 bəndədək, Fransa CAC-40-ı 0,9% - 3 507 bəndədək, Almaniya DAX-ı 0,7% - 5 951 bəndədək yüksəlib. Avropada “Barclays”ın səhmləri 0,7%, “Lloyds Banking Group”un səhmləri 1,1%, “HSBC”nin səhmləri 0,6%, “Banco Santander” və “Deutsche Bank”ın səhmləri 0,2% bahalaşıb.
Avqustun 27-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,02% artaraq 1 237,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2739 (+0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR