Bank Of Baku

Dow Jones indeksi 1,4%, S&P 500 1,5%, Nasdaq 1,6% enib

Dow Jones indeksi 1,4%, S&P 500 1,5%, Nasdaq 1,6% enib
# 31 avqust 2010 08:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 30-da Amerika fond bazarında Dow Jones indeksi 1,4% - 10 010 bəndədək, S&P 500 1,5% - 1 049 bəndədək, Nasdaq 1,6% - 2 120 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında mənfi dinamika investorlar arasında ölkələrin hökumətlərinin iqtidarında iqtisadiyyatların stimullaşdırılması üçün mexanizm və alətlərin qalması barədə şübhələrlə bağlı olub.
Avropa fond bazarlarında avqustun 30-da FTSE 100 indeksi 0,9% - 5 202 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,6% - 3 487 bəndədək, Almaniya DAX-ı 0,7% - 5 912 bəndədək enib.
Avqustun 30-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 239,2 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2650 (-0,7%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR