Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,04% yüksəlib, Nasdaq 0,3% enib

Dow Jones indeksi 0,1%, S&P 500 0,04% yüksəlib, Nasdaq 0,3% enib
# 01 sentyabr 2010 06:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 31-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 10 015 bəndədək, S&P 500 0,04% - 1 049 bəndədək yüksəlib, Nasdaq 0,3% - 2 114 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına makroiqtisadi və korporativ xəbərlər təsir edib.
Avropa fond bazarlarında avqustun 31-də FTSE 100 indeksi 0,5% - 5 225 bəndədək, Fransa CAC-40-ı 0,1% - 3 491 bəndədək, Almaniya DAX-ı 0,2% - 5 925 bəndədək yüksəlib.
Avqustun 31-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,9% artaraq 1 250,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2705 (+0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR