Bank Of Baku

Dow Jones indeksi 2,5%, S&P 500 3%, Nasdaq 3% yüksəlib

Dow Jones indeksi 2,5%, S&P 500 3%, Nasdaq 3% yüksəlib
# 02 sentyabr 2010 07:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 1-də Amerika fond bazarında Dow Jones indeksi 2,5% - 10 269 bəndədək, S&P 500 3% - 1 080 bəndədək, Nasdaq 3% - 2 177 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına təsir edən əsas amillərdən biri ölkənin istehsal sahəsində fəallıq indeksi olub. Belə ki, bu göstərici avqust ayı üzrə 56,3 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0,8 bənd, proqnozdan isə 3 bənd artıq olub.
Avropa fond bazarlarında sentyabrın 1-də FTSE 100 indeksi 2,7% - 5 366 bəndədək, Fransa CAC-40-ı 3,8% - 3 624 bəndədək, Almaniya DAX-ı 2,7% - 6 084 bəndədək yüksəlib.
Sentyabrın 1-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 248,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2795 (+0,7%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR