Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,9%, Nasdaq 1,1% yüksəlib

Dow Jones indeksi 0,5%, S&P 500 0,9%, Nasdaq 1,1% yüksəlib
# 03 sentyabr 2010 07:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 2-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 10 320 bəndədək, S&P 500 0,9% - 1 090 bəndədək, Nasdaq 1,1% - 2 200 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, müsbət makroiqtisadi və korporativ amillərin təsiri altında sentyabrın 2-də ABŞ fond bazarında investorlar tərəfindən səhmlərin alınmasında yüksək fəallıq müşahidə olunub.
Avropa fond bazarlarında sentyabrın 2-də FTSE 100 indeksi 0,1% - 5 371 bəndədək, Fransa CAC-40-ı 0,2% - 3 631 bəndədək yüksəlib, Almaniya DAX-ı dəyişməz qalaraq 6 084 bənd təşkil edib. Avropa bazarlarında «Royal Bank of Scotland»ın səhmləri 0,8%, «Lloyds Banking Group»un səhmləri 0,9%, «BNP Paribas»ın səhmləri 0,3%, «Societe Generale»in səhmləri 0,8%, «Credit Agricole»un səhmləri 1,4% bahalaşıb.
Sentyabrın 2-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 253,4 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2825 (+0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR