Bank Of Baku

Dow Jones indeksi 1,2%, S&P 500 1,3%, Nasdaq 1,5% yüksəlib

Dow Jones indeksi 1,2%, S&P 500 1,3%, Nasdaq 1,5% yüksəlib
# 06 sentyabr 2010 06:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 3-də Amerika fond bazarında Dow Jones indeksi 1,2% - 10 448 bəndədək, S&P 500 1,3% - 1 105 bəndədək, Nasdaq 1,5% - 2 234 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, sentyabrın 3-də ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə əsas səbəb ölkədə əmək bazarı, daşınmaz əmlak üzrə təkrar bazarı və sənaye istehsal sahələrində müsbət dinamika olub.

Avropa fond bazarlarında sentyabrın 3-də FTSE 100 indeksi 1,1% - 5 428 bəndədək, Fransa CAC-40-ı 1,1% - 3 672 bəndədək, Almaniya DAX-ı 0,8% - 6 135 bəndədək yüksəlib.

Sentyabrın 3-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 251,1 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2898 (+0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR