Bank Of Baku

Avropa fond indeksləri yüksəlib

Avropa fond indeksləri yüksəlib
# 07 sentyabr 2010 07:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 6-da ABŞ-da Əmək Gününün qeyd edilməsi ilə bağlı Amerika fond bazarında ticarət əməliyyatları aparılmayıb. Əvvəlki ticarət günündə (sentyabrın 3-də) isə Dow Jones indeksi 1,2% - 10 448 bəndədək, S&P 500 1,3% - 1 105 bəndədək, Nasdaq 1,5% - 2 234 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, Avropa fond bazarlarında sentyabrın 6-da FTSE 100 indeksi 0,2% - 5 439 bəndədək, Fransa CAC-40-ı 0,3% - 3 685 bəndədək, Almaniya DAX-ı 0,3% - 6 155 bəndədək yüksəlib. Avropa fond bazarlarında «Lloyds Banking Group»un səhmləri 0,2%, «Royal Bank of Scotland»ın səhmləri 0,7%, HSBC-nin səhmləri 1,3%, «BNP Paribas»ın səhmləri 0,9%, «Credit Agricole»un səhmləri 0,6%, «Deutsche Bank»ın səhmləri 0,3%, «Commerzbank»ın səhmləri 1,4%, BP-nin səhmləri 1,2%, «Royal Dutch Shell»in səhmləri 0,7%, «Total»in səhmləri 0,3% bahalaşıb.
Sentyabrın 3-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 251,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2796 (-0,8%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR