Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,6%, Nasdaq isə 0,9% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,6%, Nasdaq isə 0,9% yüksəlib
# 09 sentyabr 2010 08:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Sentyabrın 8-də Amerika fond bazarında Dow Jones indeksi 0,45% - 10 387 bəndədək, S&P 500 0,64% - 1 099 bəndədək, Nasdaq isə 0,91% - 2 229 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, sentyabrın 8-də ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə əsas səbəb ölkədə əmək bazarı, daşınmaz əmlak üzrə təkrar bazarı və sənaye istehsal sahələrində müsbət dinamika olub.

Avropa fond bazarlarında sentyabrın 8-də FTSE 100 indeksi 0,4% - 5 429 bəndədək, Fransa CAC-40-ı 0,9% - 3 677 bəndədək, Almaniya DAX-ı isə 0,8% - 6 164 bəndədək yüksəlib.

Sentyabrın 8-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,80 dollar və ya 0,1% azalaraq 1 257,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2694 (-0,21%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR