Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,5%, Nasdaq 0,3% yüksəlib

Dow Jones indeksi 0,5%, S&P 500 0,5%, Nasdaq 0,3% yüksəlib
# 13 sentyabr 2010 07:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 10 463 bəndədək, S&P 500 0,5% - 1 110 bəndədək, Nasdaq 0,3% - 2 243 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, sentyabrın 10-da ABŞ fond bazarında kotirovkaların dinamikasına bir sıra müsbət makroiqtisadi xəbərlər təsir edib.
Avropa fond bazarlarında sentyabrın 10-da FTSE 100 indeksi 0,1% - 5 502 bəndədək, Fransa CAC-40-ı 0,1% - 3 726 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,1% - 6 115 bəndədək enib. Kotirovkaların dinamikası daha müsbət ola bilərdi, lakin «Deutsche Bank» haqqında məlumat bazar iştirakçılarına mənfi təsir göstərib. Qeyd edək ki, «Deutsche Bank» 9 mlrd. avro əlavə vəsait cəlb etmək niyyətindədir.
Sentyabrın 10-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 246,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2802 (+1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR