Bank Of Baku

Dow Jones indeksi 0,8%, S&P 500 1,1%, Nasdaq 1,9% yüksəlib

Dow Jones indeksi 0,8%, S&P 500 1,1%, Nasdaq 1,9% yüksəlib
# 14 sentyabr 2010 07:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 13-də Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 10 544 bəndədək, S&P 500 1,1% - 1 122 bəndədək, Nasdaq 1,9% - 2 286 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, sentyabrın 13-də ABŞ fond bazarında kotirovkaların dinamikası əsasən xarici amillərin təsiri altında dəyişib. Bu amillərin sırasında Çinin bir sıra müsbət makroiqtisadi göstəriciləri, Avrozonanın iqtisadi artım üzrə proqnozu 1%-dən 1,8%-dək yaxşılaşdırması və bankların kapitallarına dair Bazel Komitəsinin tələblər standartlarının qəbul edilməsini qeyd etmək olar.
Avropa fond bazarlarında sentyabrın 13-də FTSE 100 indeksi 1,2% - 5 566 bəndədək, Fransa CAC-40-ı 1,1% - 3 762 bəndədək, Almaniya DAX-ı 0,8% - 6 262 bəndədək yüksəlib. Avropa bazarlarında «Barclays»ın səhmləri 1,4%, «Lloyds Banking Group»un səhmləri 2,6%, HSBC-nin səhmləri 2,5%, «Royal Bank of Scotland»ın səhmləri 2,4%, «Societe Generale»in səhmləri 4,3%, «BNP Paribas»ın səhmləri 2,1%, «UniCredit»in səhmləri 2,9% bahalaşıb.
Sentyabrın 13-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,05% artaraq 1 247,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2883 (+0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR