Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 isə 0,1% enib, Nasdaq 0,2% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 isə 0,1% enib, Nasdaq 0,2% yüksəlib
# 15 sentyabr 2010 08:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 14-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 10 527 bəndədək, S&P 500 isə 0,1% - 1 121 bəndədək enib, Nasdaq 0,2% - 2 290 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, sentyabrın 14-də ABŞ fond bazarında kotirovkaların dinamikasına makroiqtisadi və korporativ xəbərlər təsir edib ki, nəticədə indekslərin dəyişməsində vahid dinamika müşahidə olunmayıb.
Avropa fond bazarlarında sentyabrın 14-də FTSE 100 indeksi 0,03% - 5 567 bəndədək, Fransa CAC-40-ı 0,2% - 3 774 bəndədək, Almaniya DAX-ı 0,2% - 6 275 bəndədək yüksəlib.
Sentyabrın 14-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 2% artaraq 1 271,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2980 (+0,8%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR