Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq 0,5% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq 0,5% yüksəlib
# 16 sentyabr 2010 07:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 10 573 bəndədək, S&P 500 0,4% - 1 125 bəndədək, Nasdaq 0,5% - 2 301 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, sentyabrın 15-də ABŞ fond bazarında kotirovkaların yüksəlməsi bir sıra zəif makroiqtisadi göstəricilərə baxmayaraq baş verib, çünki investorlar əsas diqqəti Yaponiya hökumətinin yenanın məzənnəsinin artımının saxlaması üzrə addımlara yönəldilib.
Avropa fond bazarlarında sentyabrın 15-də FTSE 100 indeksi 0,2% - 5 556 bəndədək, Fransa CAC-40-ı 0,5% - 3 756 bəndədək, Almaniya DAX-ı 0,2% - 6 262 bəndədək enib.
Sentyabrın 15-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 268,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2995 (+0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR