Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,01%, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 0,01%, Nasdaq 0,1% yüksəlib
# 17 sentyabr 2010 07:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 16-da Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 10 595 bəndədək, S&P 500 0,01% - 1 125 bəndədək, Nasdaq 0,1% - 2 303 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, bir sıra birmənalı olmayan makroiqtisadi göstəriciləri səbəbindən sentyabrın 16-da ABŞ fond bazarında investorlar ehtiyat nümayiş etdiriblər.
Avropa fond bazarlarında sentyabrın 16-da FTSE 100 indeksi 0,3% - 5 540 bəndədək, Fransa CAC-40-ı 0,5% - 3 736 bəndədək, Almaniya DAX-ı 0,2% - 6 250 bəndədək enib.
Sentyabrın 16-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 268,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3128 (+1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR