Bank Of Baku

Bu gün BFB-da 10206726S seriyalı 2 364,7 min manatlıq DQİ emissiyası yerləşdirilib

Bu gün BFB-da 10206726S seriyalı 2 364,7 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 17 sentyabr 2010 14:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10206726S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 4 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 2 364 700 manat təşkil edib. Sifarişlər 99,38% (gəlirlik 2,50%) – 99,39% (gəlirlik 2,46%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri 99,38% (gəlirlik 2,50%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 2 364,7 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2010-cu ilin dekabrın 17-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR