Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,1%, Nasdaq 0,5% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,1%, Nasdaq 0,5% yüksəlib
# 20 sentyabr 2010 06:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 17-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 10 608 bəndədək, S&P 500 0,1% - 1 126 bəndədək, Nasdaq 0,5% - 2 316 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, sentyabrın 17-də ABŞ fond bazarında kotirovkaların dinamikası əsasən korporativ xəbərlərin təsiri altında olub.
Avropa fond bazarlarında sentyabrın 17-də FTSE 100 indeksi 0,6% - 5 509 bəndədək, Fransa CAC-40-ı 0,4% - 3 722 bəndədək, Almaniya DAX-ı 0,6% - 6 210 bəndədək enib.
Sentyabrın 17-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,9% artaraq 1 280,2 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3072 (-0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR