Bank Of Baku

AGBI indeksi 1,0137, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0137, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 20 sentyabr 2010 07:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0136 bənd və ya 1,4% artaraq sentyabr ayının 20-nə 1,0137 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə dəyişməyib və 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.

AGBI indeksinin artması sentyabrın 17-də 2,365 mln. manat həcmində olan bir dövlət istiqrazları buraxılışının yerləşdirilməsi nəticəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR