Bank Of Baku

Dow Jones indeksi 1,4%, S&P 500 1,5%, Nasdaq 1,7% yüksəlib

Dow Jones indeksi 1,4%, S&P 500 1,5%, Nasdaq 1,7% yüksəlib
# 21 sentyabr 2010 06:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 20-də Amerika fond bazarında Dow Jones indeksi 1,4% - 10 754 bəndədək, S&P 500 1,5% - 1 143 bəndədək, Nasdaq 1,7% - 2 356 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, sentyabrın 20-də ABŞ fond bazarında kotirovkaların yüksəlməsi ölkədə iqtisadi geriləmənin başa çatması barədə rəsmi məlumatın açıqlanmasından sonra baş verib.
Avropa fond bazarlarında sentyabrın 20-də FTSE 100 indeksi 1,7% - 5 603 bəndədək, Fransa CAC-40-ı 1,8% - 3 788 bəndədək, Almaniya DAX-ı 1,4% - 6 295 bəndədək yüksəlib. Avropa bazarlarında «Total»in səhmləri 2,8%, ENI-nin səhmləri 2,4%, BP-nin səhmləri 2,1%, «Royal Dutch Shell»in səhmləri 2,1%, «Barclays»ın səhmləri 2,9%, «Societe Generale»in səhmləri 1%, «Deutsche Bank»ın səhmləri 1,5% bahalaşıb.
Sentyabrın 20-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 280,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3096 (+0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR