Bank Of Baku

Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,3%, Nasdaq 0,3% enib

Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,3%, Nasdaq 0,3% enib
# 22 sentyabr 2010 06:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 21-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 10 761 bəndədək yüksəlib, S&P 500 0,3% - 1 140 bəndədək, Nasdaq 0,3% - 2 349 bəndədək enib. «APA-Economics»in məlumatına görə, sentyabrın 21-də ABŞ fond bazarında kotirovkaların dinamikası makroiqtisadi xəbərlərdən asılı olub.
Avropa fond bazarlarında sentyabrın 21-də FTSE 100 indeksi 0,5% - 5 576 bəndədək, Fransa CAC-40-ı 0,1% - 3 784 bəndədək, Almaniya DAX-ı 0,3% - 6 276 bəndədək enib. Avropa bazarlarında “Total”in səhmləri 0,9%, “Royal Dutch Shell”in səhmləri 0,4% ucuzlaşıb, “ENI”nin səhmləri 0,2%, “BP”nin səhmləri 0,8% bahalaşıb.
Sentyabrın 21-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 283,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3296 (+1,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR