Bank Of Baku

AGBI indeksi 1,0276, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0276, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 22 sentyabr 2010 06:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0275 bənd və ya 2,8% artaraq sentyabr ayının 22-nə 1,0276 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə dəyişməyib və 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,0455 bənd və ya 4,4% azalaraq 1,0001-ə bərabər olub.

AGBI indeksin artması sentyabrın 21-də məcmu həcmi 5 mln. manat olan dövlət istiqrazların iki buraxılışın yerləşdirilməsi nəticəsində baş verib.

AMFBI indeksin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR