Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,5%, Nasdaq 0,6% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,5%, Nasdaq 0,6% enib
# 23 sentyabr 2010 06:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 22-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 10 739 bəndədək, S&P 500 0,5% - 1 134 bəndədək, Nasdaq 0,6% - 2 335 bəndədək enib. «APA-Economics»in məlumatına görə, sentyabrın 22-də ABŞ fond bazarında kotirovkaların dinamikasına daxilində bir sıra mənfi bəndi olan Federal Ehtiyat Sisteminin ölkə iqtisadiyyatının cari vəziyyəti və perspektivləri haqqında bəyanatı təsir edib.
Avropa fond bazarlarında sentyabrın 22-də FTSE 100 indeksi 0,4% - 5 552 bəndədək, Fransa CAC-40-ı 1,3% - 3 735 bəndədək, Almaniya DAX-ı 1,1% - 6 208 bəndədək enib. Avropa bazarlarında «Barclays»ın səhmləri 1,6%, «Lloyds Banking Group»un səhmləri 1,4%, «Royal Bank of Scotland»ın səhmləri 2,2%, «Societe Generale»in səhmləri 1,7%, «Credit Agricole»un səhmləri 1,6%, «Banco Santander»in səhmləri 2,9% ucuzlaşıb.
Sentyabrın 22-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 292,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3391 (+0,7%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR