Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0586, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0586, AMFBI indeksi 1,0001 təşkil edib
# 23 sentyabr 2010 07:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0275 bənd və ya 2,7% azalaraq sentyabr ayının 23-nə 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,0586 bənd və ya 5,9% artaraq 1,0586 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi isə dəyişməyib və 1,0001-ə bərabər olub.

ACBDI indeksinin artması sentyabrın 22-də 4 mln. manat həcmindən olan notların bir buraxılışın dövriyyədən çıxarılması və 5 mln. manat həcmindən olan bir buraxılışın yerləşdirilməsi nəticəsində bazar kapitallaşmasının artması səbəbindən baş verib.

AGBI indeksinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR