Bank Of Baku

Azərbaycanın Zəmanətli Pul Bazarında yeni əqd bağlanılıb

Azərbaycanın Zəmanətli Pul Bazarında yeni əqd bağlanılıb
# 23 sentyabr 2010 15:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Banklararası Valyuta Birjasında (BBVB) Mütəşəkkil Bankalararası Krediti Bazarının (MBKB) seqmenti olan Zəmanətli Pul Bazarında əqd bağlanılıb.

BBVB-dan «APA-Economics»ə verilən məlumata görə, əqdin müddəti 5 gün, həcmi 1 mln. manat, illik faiz dərəcəsi isə 1,5% təşkil edib.

Qeyd edək ki, Zəmanətli Pul Bazarı MBKB-da pul bazarının yeni seqmentidir və 2009-cu ilin oktyabrın 21-də Azərbaycan Mərkəzi Bankı (AMB), BBVB və bir sıra market-meyker («Dəmirbank», «AGBank», «Bank Nikoil», «Standard Bank», «Paşa Bank», «Unibank» və «Bank of Baku») tərəfindən imzalanmış saziş əsasında fəaliyyət göstərir. AMB pul bazarının bu seqmentində öhdəliklərin icra olunmasının təminatçısı rolunu oynayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR