Bank Of Baku

Dow Jones indeksi 0,7%, S&P 500 0,8%, Nasdaq 0,3% enib

Dow Jones indeksi 0,7%, S&P 500 0,8%, Nasdaq 0,3% enib
# 24 sentyabr 2010 06:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 23-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 10 662 bəndədək, S&P 500 0,8% - 1 125 bəndədək, Nasdaq 0,3% - 2 327 bəndədək enib. «APA-Economics»in məlumatına görə, sentyabrın 23-də bir sıra makroiqtisadi göstəricilər ABŞ fond bazarına mənfi təsir edib.
Avropa fond bazarlarında sentyabrın 23-də FTSE 100 indeksi 0,1% - 5 547 bəndədək, Fransa CAC-40-ı 0,7% - 3 711 bəndədək, Almaniya DAX-ı 0,4% - 6 185 bəndədək enib. Avropa bazarlarında “Barclays”ın səhmləri 0,2%, “Lloyds Banking Group”un səhmləri 1%, “Societe Generale”in səhmləri 1,7%, “Credit Agricole”un səhmləri 1,9% ucuzlaşıb.
Sentyabrın 23-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 296,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3342 (-0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR