Bank Of Baku

Dow Jones indeksi 1,9%, S&P 500 2,1%, Nasdaq 2,3% yüksəlib

Dow Jones indeksi 1,9%, S&P 500 2,1%, Nasdaq 2,3% yüksəlib
# 27 sentyabr 2010 06:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 24-də Amerika fond bazarında Dow Jones indeksi 1,9% - 10 860 bəndədək, S&P 500 2,1% - 1 149 bəndədək, Nasdaq 2,3% - 2 381 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, sentyabrın 24-də ABŞ fond bazarında kotirovkaların yüksəlməsi bir sıra müsbət makroiqtisadi göstəricilərin təsiri altında baş verib.
Avropa fond bazarlarında sentyabrın 24-də FTSE 100 indeksi 0,9% - 5 599 bəndədək, Fransa CAC-40-ı 1,9% - 3 783 bəndədək, Almaniya DAX-ı 1,8% - 6 298 bəndədək yüksəlib. Avropa bazarlarında “Barclays”ın səhmləri 1,8%, “Lloyds Banking Group”un səhmləri 2,1%, “Royal Bank of Scotland”ın səhmləri 2,8%, “Societe Generale”in səhmləri 3,9%, “Credit Agricole”un səhmləri 5% bahalaşıb.
Sentyabrın 24-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 297,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3474 (+1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR