Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,6%, Nasdaq 0,5% enib

Dow Jones indeksi 0,4%, S&P 500 0,6%, Nasdaq 0,5% enib
# 28 sentyabr 2010 06:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 27-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 10 812 bəndədək, S&P 500 0,6% - 1 142 bəndədək, Nasdaq 0,5% - 2 370 bəndədək enib. «APA-Economics»in məlumatına görə, sentyabrın 27-də ABŞ fond bazarında kotirovkaların enməsi son 4 həftə ərzində müşahidə olunan indekslərin artmasından sonra mənfəətin əldə edilməsi ilə bağlıdır.
Avropa fond bazarlarında sentyabrın 27-də FTSE 100 indeksi 0,5% - 5 573 bəndədək, Fransa CAC-40-ı 0,4% - 3 766 bəndədək, Almaniya DAX-ı 0,3% - 6 279 bəndədək enib.
Avropa bazarlarında “Barclays”ın səhmləri 0,3%, “Lloyds Banking Group”un səhmləri 1,1%, “Royal Bank of Scotland”ın səhmləri 1%, “HSBC”nin səhmləri 0,8%, “Societe Generale”in səhmləri 0,4%, “BNP Paribas”ın səhmləri 0,2% ucuzlaşıb.
Sentyabrın 27-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 298,6 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3464 (-0,07%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR