Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,5%, Nasdaq 0,4% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,5%, Nasdaq 0,4% yüksəlib
# 29 sentyabr 2010 08:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 28-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 10 858 bəndədək, S&P 500 0,5% - 1 148 bəndədək, Nasdaq 0,4% - 2 380 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, sentyabrın 28-də ABŞ fond bazarında kotirovkaların dinamikası korporativ xəbərlərdən asılı olub.

Avropa fond bazarlarında sentyabrın 28-də FTSE 100 indeksi 0,1% - 5 578 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,1% - 3 762 bəndədək, Almaniya DAX-ı 0,04% - 6 276 bəndədək enib.

Sentyabrın 28-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% artaraq 1 238,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3582 (+0,9%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR