Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,3%, Nasdaq 0,1% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,3%, Nasdaq 0,1% enib
# 30 sentyabr 2010 06:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 29-da Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 10 835 bəndədək, S&P 500 0,3% - 1 145 bəndədək, Nasdaq 0,1% - 2 377 bəndədək enib. «APA-Economics»in məlumatına görə, sentyabrın 29-da ABŞ fond bazarında dinamikaya korporativ xəbərlər təsir edib.
Avropa fond bazarlarında sentyabrın 29-da FTSE 100 indeksi 0,2% - 5 569 bəndədək, Fransa CAC-40-ı 0,7% - 3 737 bəndədək, Almaniya DAX-ı 0,5% - 6 247 bəndədək enib.
Sentyabrın 29-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 310,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3602 (+0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR