Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,3%, Nasdaq 0,3% enib

Dow Jones indeksi 0,4%, S&P 500 0,3%, Nasdaq 0,3% enib
# 01 oktyabr 2010 08:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 30-da Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 10 788 bəndədək, S&P 500 0,3% - 1 141 bəndədək, Nasdaq 0,3% - 2 368 bəndədək enib.

«APA-Economics»in məlumatına görə, sentyabrın 30-da ABŞ fond bazarında mənfi dinamikaya makroiqtisadi xəbərlər təsir edib.

Avropa fond bazarlarında sentyabrın 30-da FTSE 100 indeksi 0,4% - 5 549 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3 715 bəndədək, Almaniya DAX-ı 0,3% - 6 229 bəndədək enib.

Sentyabrın 30-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 309,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3643 (+0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR