Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq 0,1% yüksəlib
# 04 oktyabr 2010 06:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 1-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 10 830 bəndədək, S&P 500 0,4% - 1 146 bəndədək, Nasdaq 0,1% - 2 371 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, oktyabrın 1-də ABŞ fond bazarında kotirovkaların yüksəlməsi əsasən neft şirkətləri və bankların səhmləri üzrə müşahidə olunub.
Avropa fond bazarlarında oktyabrın 1-də FTSE 100 indeksi 0,8% - 5 593 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,6% - 3 692 bəndədək, Almaniya DAX-ı 0,3% - 6 211 bəndədək enib.
Oktyabrın 1-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 317,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3760 (+0,9%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR