Bank Of Baku

Dow Jones indeksi 0,7%, S&P 500 0,8%, Nasdaq 1,1% enib

Dow Jones indeksi 0,7%, S&P 500 0,8%, Nasdaq 1,1% enib
# 05 oktyabr 2010 10:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 4-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 10 751 bəndədək, S&P 500 0,8% - 1 137 bəndədək, Nasdaq 1,1% - 2 345 bəndədək enib. «APA-Economics»in məlumatına görə, oktyabrın 4-də ABŞ fond bazarında kotirovkaların dinamikasına neftin ucuzlaşması və iri şirkətlər üzrə korporativ xəbərlər mənfi təsir edib.
Avropa fond bazarlarında oktyabrın 4-də FTSE 100 indeksi 0,7% - 5 556 bəndədək, Fransa CAC-40-ı 1,2% - 3 650 bəndədək, Almaniya DAX-ı 1,2% - 6 134 bəndədək enib.
Oktyabrın 4-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 316,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3710 (-0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR