Bank Of Baku

Dow Jones indeksi 1,8%, S&P 500 2,1%, Nasdaq 2,4% yüksəlib

Dow Jones indeksi 1,8%, S&P 500 2,1%, Nasdaq 2,4% yüksəlib
# 06 oktyabr 2010 07:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 5-də Amerika fond bazarında Dow Jones indeksi 1,8% - 10 945 bəndədək, S&P 500 2,1% - 1 161 bəndədək, Nasdaq 2,4% - 2 400 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, oktyabrın 5-də ABŞ fond bazarında kotirovkaların yüksəlməsi ilk növbədə ölkənin istehsal sahəsində kəskin artım barədə məlumatın açıqlanmasından sonra baş verib.
Avropa fond bazarlarında oktyabrın 5-də FTSE 100 indeksi 1,4% - 5 636 bəndədək, Fransa CAC-40-ı 2,3% - 3 732 bəndədək, Almaniya DAX-ı 1,3% - 6 216 bəndədək yüksəlib. Avropa bazarlarına əsasən korporativ və sahəvi xəbərlər təsir edib. Nəticədə, dağ-mədən, avtomobil və digər istehsal sahələrində fəaliyyət göstərən şirkətlərin səhmləri bahalaşıb. O cümlədən, BMW-nin səhmləri 3,6%, «Daimler»in səhmləri 2,1%, «Volkswagen»in səhmləri 0,5%, «Renault»un səhmləri 3,6% bahalaşıb.
Oktyabrın 5-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,8% artaraq 1 340,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3840 (+1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR