Bank Of Baku

Dow Jones indeksi 0,2% yüksəlib, S&P 500 0,1%, Nasdaq 0,8% enib

Dow Jones indeksi 0,2% yüksəlib, S&P 500 0,1%, Nasdaq 0,8% enib
# 07 oktyabr 2010 06:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 10 968 bəndədək yüksəlib, S&P 500 0,1% - 1 160 bəndədək, Nasdaq 0,8% - 2 381 bəndədək enib. «APA-Economics»in məlumatına görə, oktyabrın 6-da ABŞ fond bazarında texnoloji sektorda kotirovkaların enməsi və məşğulluq bazarından xəbərlərin mənfi təsiri müşahidə olunub.
Avropa fond bazarlarında oktyabrın 6-da FTSE 100 indeksi 0,8% - 5 681 bəndədək, Fransa CAC-40-ı 0,9% - 3 765 bəndədək, Almaniya DAX-ı 0,9% - 6 271 bəndədək yüksəlib. Avropa bazarlarında kotirovkaların yüksəlməsi əsasən dağ-mədən şirkətlərinin səhmləri üzrə müşahidə olunub ki, bu da dünya bazarlarında metalın bahalaşması ilə bağlı olub.
Oktyabrın 6-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 347,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3918 (+0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR