Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,2% enib, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 0,2% enib, Nasdaq 0,1% yüksəlib
# 08 oktyabr 2010 07:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 7-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 10 949 bəndədək, S&P 500 0,2% - 1 158 bəndədək enib, Nasdaq 0,1% - 2 384 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, oktyabrın 7-də günün ilk yarısında dolların avroya qarşı möhkəmlənməsi səbəbindən neft və metallar ucuzlaşıb, nəticədə əksər xammal şirkətlərinin səhmləri ucuzlaşıb və bu, ABŞ fond bazarında kotirovkaların dinamikasına mənfi təsir edib.
Avropa fond bazarlarında oktyabrın 7-də FTSE 100 indeksi 0,3% - 5 662 bəndədək enib, Fransa CAC-40-ı 0,2% - 3 771 bəndədək, Almaniya DAX-ı 0,1% - 6 277 bəndədək yüksəlib. Avropa bazarlarında kotirovkaların dinamikası korporativ xəbərlərdən asılı olub.
Oktyabrın 7-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 335 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3950 (+0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR