Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,6%, Nasdaq 0,8% yüksəlib

Dow Jones indeksi 0,5%, S&P 500 0,6%, Nasdaq 0,8% yüksəlib
# 11 oktyabr 2010 06:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 8-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 11 007 bəndədək, S&P 500 0,6% - 1 165 bəndədək, Nasdaq 0,8% - 2 402 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, oktyabrın 8-də makroiqtisadi göstəricilər zəif olsa da, bazarda nikbinlik hökm sürüb ki, bunun da əsas səbəbi investorlar arasında Federal Ehtiyat Sistemi tərəfindən yumşaq pul-kredit siyasətinin davam etdirilməsinə əminlik olub.
Avropa fond bazarlarında oktyabrın 8-də FTSE 100 indeksi 0,1% - 5 658 bəndədək, Fransa CAC-40-ı 0,2% - 3 763 bəndədək enib, Almaniya DAX-ı 0,3% - 6 292 bəndədək yüksəlib. Avropa bazarlarında «Royal Bank of Scotland»ın səhmləri 0,4%, «Barclays»ın səhmləri 2,3%, «Credit Agricole»un səhmləri 2,3%, «Deutsche Bank»ın səhmləri 0,8% ucuzlaşıb.
Oktyabrın 8-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% artaraq 1 345,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3939 (-0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR