Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,4%, Nasdaq 0,7% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,4%, Nasdaq 0,7% yüksəlib
# 13 oktyabr 2010 07:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 12-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 11 020 bəndədək, S&P 500 0,4% - 1 170 bəndədək, Nasdaq 0,7% - 2 418 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, Federal Ehtiyat Sisteminin son iclası investorlar arasında FES tərəfindən yumşaq pul-kredit siyasətinin davam etdirilməsinə əminliyi gücləndirib ki, bu səbəbdən oktyabrın 12-də ABŞ fond bazarında kotirovkaların yüksəlməsi baş verib.
Avropa fond bazarlarında oktyabrın 12-də FTSE 100 indeksi 0,2% - 5 662 bəndədək, Fransa CAC-40-ı 0,5% - 3 749 bəndədək, Almaniya DAX-ı 0,1% - 6 306 bəndədək enib. Avropa bazarlarında «Deutsche Bank»ın səhmləri 0,9%, «Barclays»ın səhmləri 1,2%, «Societe Generale»in səhmləri 0,2%, «BG Group»un səhmləri 1,1%, «Total»in səhmləri 1,1% ucuzlaşıb.
Oktyabrın 12-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% azalaraq 1 346,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3968 (+0,8%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR