Bank Of Baku

Dow Jones indeksi 0,7%, S&P 500 0,7%, Nasdaq 1% yüksəlib

Dow Jones indeksi 0,7%, S&P 500 0,7%, Nasdaq 1% yüksəlib
# 14 oktyabr 2010 06:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 13-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 11 096 bəndədək, S&P 500 0,7% - 1 178 bəndədək, Nasdaq 1% - 2 441 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, oktyabrın 13-də ABŞ fond bazarında kotirovkaların yüksəlməsi bir sıra iri şirkətlərin, o cümlədən «Intel» və «J.P. Morgan Chase»in rüblük hesabatlarının müsbət olması səbəbindən baş verib.
Avropa fond bazarlarında oktyabrın 13-də FTSE 100 indeksi 1,5% - 5 747 bəndədək, Fransa CAC-40-ı 2,1% - 3 828 bəndədək, Almaniya DAX-ı 2,1% - 6 435 bəndədək yüksəlib.
Oktyabrın 13-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,8% azalaraq 1 370,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4072 (+0,8%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR