Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0525, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0525, AMFBI indeksi 1,0001 təşkil edib
# 14 oktyabr 2010 06:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi dəyişməz qalaraq oktyabr ayının 14-nə 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,0525 bənd və ya 5,3% artaraq 1,0524 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi isə dəyişməyib və 1,0001-ə bərabər olub.

ACBDI indeksinin artması oktyabrın 13-də 4 mln. manatlıq not buraxılışının dövriyyədən çıxarılması və 5 mln. manatlıq yeni emissiyanın yerləşdirilməsi nəticəsində bazar kapitallaşmasının artması səbəbindən baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR