Bank Of Baku

Dow Jones indeksi 0,01%, S&P 500 0,4%, Nasdaq 0,2% enib

Dow Jones indeksi 0,01%, S&P 500 0,4%, Nasdaq 0,2% enib
# 15 oktyabr 2010 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 14-də Amerika fond bazarında Dow Jones indeksi 0,01% - 11 095 bəndədək, S&P 500 0,4% - 1 174 bəndədək, Nasdaq 0,2% - 2 435 bəndədək enib. «APA-Economics»in məlumatına görə, oktyabrın 14-də ABŞ fond bazarında kotirovkaların enməsinə proqnozlardan daha zəif olan makroiqtisadi göstəricilər təsir edib.
Avropa fond bazarlarında oktyabrın 14-də FTSE 100 indeksi 0,4% - 5 727 bəndədək, Fransa CAC-40-ı 0,2% - 3 819 bəndədək enib, Almaniya DAX-ı 0,3% - 6 455 bəndədək yüksəlib. Avropa bazarlarında «Barclays»ın səhmləri 4,1%, «Lloyds Banking Group»un səhmləri 2,9%, «Royal Bank of Scotland»ın səhmləri 4,7%, «Societe Generale»in səhmləri 3,1%, «Credit Agricole»un səhmləri 1,7% ucuzlaşıb.
Oktyabrın 14-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 377,6 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4042 (-0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR