Bank Of Baku

Dow Jones indeksi 0,7%, S&P 500 0,7%, Nasdaq 0,5% yüksəlib

Dow Jones indeksi 0,7%, S&P 500 0,7%, Nasdaq 0,5% yüksəlib
# 19 oktyabr 2010 06:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 11 144 bəndədək, S&P 500 0,7% - 1 185 bəndədək, Nasdaq 0,5% - 2 481 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, oktyabrın 18-də ABŞ fond bazarında kotirovkaların yüksəlməsi əsasən bir amildən asılı olub ki, bu da «Citigroup»un müsbət rüblük hesabatıdır. Belə ki, 2010-cu ilin III rübündə «Citigroup»un mənfəəti 2,17 mlrd. dollar təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 20 dəfə artıqdır.
Avropa fond bazarlarında oktyabrın 18-də FTSE 100 indeksi 0,6% - 5 743 bəndədək, Fransa CAC-40-ı 0,2% - 3 835 bəndədək, Almaniya DAX-ı 0,4% - 6 517 bəndədək yüksəlib. Avropada «Barclays»ın səhmləri 1,5%, HSBC-nin səhmləri 1,1%, «Societe Generale»in səhmləri 2%, «Royal Dutch Shell»in səhmləri 1,3%, «ENI»nin səhmləri 0,4%, «Total»in səhmləri 0,9% bahalaşıb.
Oktyabrın 18-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,01% artaraq 1 372,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3918 (+0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR