Bank Of Baku

Dow Jones indeksi 1,5%, S&P 500 1,6%, Nasdaq 1,8% enib

Dow Jones indeksi 1,5%, S&P 500 1,6%, Nasdaq 1,8% enib
# 20 oktyabr 2010 06:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 19-da Amerika fond bazarında Dow Jones indeksi 1,5% - 10 979 bəndədək, S&P 500 1,6% - 1 166 bəndədək, Nasdaq 1,8% - 2 437 bəndədək enib. «APA-Economics»in məlumatına görə, oktyabrın 19-da ABŞ fond bazarında kotirovkaların enməsinə əsasən Çin Mərkəzi Bankının faiz dərəcələrinin artırılması haqqında qərarı və bir sıra iri Amerika şirkətlərinin mənfi hesabatları səbəb olub.
Avropa fond bazarlarında oktyabrın 19-da FTSE 100 indeksi 0,7% - 5 704 bəndədək, Fransa CAC-40-ı 0,7% - 3 807 bəndədək, Almaniya DAX-ı 0,4% - 6 491 bəndədək enib. Avropada BP-nin səhmləri 1,8%, «Royal Dutch Shell»in səhmləri 1%, «Total»in səhmləri 1,7%, «ENI»nin səhmləri 1,4%, «Volkswagen»in səhmləri 2,7%, «Porsche»nin səhmləri isə 8,8% ucuzlaşıb.
Oktyabrın 19-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 2,6% artaraq 1 336 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3783 (+1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR