Bank Of Baku

BFB-də Azərbaycan Mərkəzi Bankının notları üzrə hərrac baş tutmayıb

BFB-də Azərbaycan Mərkəzi Bankının notları üzrə hərrac baş tutmayıb
# 20 oktyabr 2010 15:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50104125S seriyalı, ümumi həcmi 7 mln. manat, hərraca çıxarılan həcmi 6 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 29 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 10 250,2 min manat təşkil edib. Sifarişlər 99,9199% (gəlirlik 1,00%) - 99,7593% (gəlirlik 3,00%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən hərrac baş tutmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR