Bank Of Baku

Dünya bazarında neft ucuzlaşıb

Dünya bazarında neft ucuzlaşıb
# 22 oktyabr 2010 07:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 21-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 1,98 dollar azalaraq 1 barelə görə 80,56 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, oktyabrın 21-də ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,77 dollar azalaraq 81,83 dollar təşkil edib.

Qeyd edək ki, bazara ABŞ dollarının ucuzlaşması təsir göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR