Bank Of Baku

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,2%, Nasdaq 0,8% yüksəlib

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,2%, Nasdaq 0,8% yüksəlib
# 25 oktyabr 2010 07:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 22-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 11 133 bəndədək enib, S&P 500 0,2% - 1 183 bəndədək, Nasdaq 0,8% - 2 479 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, oktyabrın 22-də ABŞ fond bazarında investorlar tərəfindən ehtiyatla yanaşma müşahidə olunub ki, bu da kotirovkaların dinamikasına saxlayıcı təsir edib.
Avropa fond bazarlarında oktyabrın 22-də FTSE 100 indeksi 0,3% - 5 741 bəndədək, Fransa CAC-40-ı 0,3% - 3 869 bəndədək, Almaniya DAX-ı 0,1% - 6 606 bəndədək enib. Avropada əvvəlki bir neçə uğurlu günlərdən sonra investorlar mənfəət əldə etmək məqsədi ilə səhmlərin satılmasına üstünlük verib ki, bu da təbii olaraq kotirovkaların enməsinə səbəb olub.
Oktyabrın 22-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,04% azalaraq 1 335,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4041 (+0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR