Bank Of Baku

Azərbaycanda dövlət ipoteka istiqrazlarının növbəti hissəsi yerləşdirilib

Azərbaycanda dövlət ipoteka istiqrazlarının növbəti hissəsi yerləşdirilib
# 25 oktyabr 2010 12:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilməmiş istiqrazlarının 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib. Birjadan «APA-Economics»ə verilən məlumata görə, 5 investor tərəfindən təqdim olunmuş sifarişlərin ümumi məbləği nominal üzrə 4,520 mln. manat (cari qiymətlə – 4 645 737,01 manat) təşkil edib. Sifarişlər 102,7818% qiyməti ilə təqdim edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, yerləşdirilmiş istiqrazlar AİF-in istiqrazlarının ikinci emissiyasındandır. İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2019-cu ilin dekabrın 11-də icra olunacaq. AİF-in istiqrazlarının ikinci emissiyasının yerləşdirilməsinə cari ilin fevralın 1-də başlanılıb və bu hərrac nəticəsində yerləşdirmənin ümumi həcmi 62 mln. manata çatıb.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli, adlı, sənədsiz istiqrazlarının ikinci hissəsinin emissiya prospekti 2009-cu ilin dekabr ayında qeydə alınıb. Emissiyanın ümumi həcmi 75 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə gəlirlilik isə 3,25% təşkil edir.

Xatırladaq ki, bundan əvvəl, yəni ötən ilin may ayında qeydə alınmış və iyun ayından etibarən yerləşdirilməyə başlamış istiqrazların ilk emissiya prospekti tam yerləşdirilib və emissiyanın ümumi həcmi 55 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR