Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0262 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0262 təşkil edib
# 26 oktyabr 2010 06:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi dəyişməz qalaraq oktyabr ayının 26-na 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi də dəyişməyib və 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi isə 0,0261 bənd və ya 2,6% artaraq 1,0262-ə bərabər olub.

AMFBI indeksinin artmasına oktyabrın 25-də 3 mln. manat həcmində ipoteka istiqrazlarının ikinci emissiyasının daha bir hissəsinin yerləşdirilməsi nəticəsində dövriyyədə olan istiqrazların həcminin 59 mln. manatdan 62 mln. manatadək yüksəlməsi səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR