Bank Of Baku

Dow Jones indeksi 0,3%, S&P 500 0,2%, Nasdaq 0,5% yüksəlib

Dow Jones indeksi 0,3%, S&P 500 0,2%, Nasdaq 0,5% yüksəlib
# 26 oktyabr 2010 06:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 25-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 11 164 bəndədək, S&P 500 0,2% - 1 186 bəndədək, Nasdaq 0,5% - 2 491 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsini investorlar arasında nikbinliyin güclənməsi ilə əlaqələndirmək olar ki, bunun da iki əsas səbəbi olub. Burada ötən həftənin sonunda başa çatmış G20-nin sammitinin müsbət nəticələri, habelə bir sıra müsbət makroiqtisadi göstəriciləri qeyd etmək olar.
Avropa fond bazarlarında oktyabrın 25-də FTSE 100 indeksi 0,2% - 5 752 bəndədək, Fransa CAC-40-ı 0,04% - 3 870 bəndədək, Almaniya DAX-ı 0,5% - 6 639 bəndədək yüksəlib.
Oktyabrın 25-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 338,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3959 (-0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR