Bank Of Baku

AGBI indeksi 0,8917, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 0,8917, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 27 oktyabr 2010 08:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,1084 bənd və ya 10,8% azalaraq oktyabr ayının 27-nə 0,8917 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə dəyişməyib və 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi isə 0,0261 bənd və ya 2,5% azalaraq 1,0001-ə bərabər olub.

AGBI indeksinin azalması oktyabrın 26-da 20 mln. manat həcmində bir dövlət istiqrazları buraxılışının dövriyyədən çıxarılmasından sonra bazar kapitallaşmasının azalması nəticəsində baş verib.

AMFBI indeksinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR