Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 0,7333, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 0,7333, AMFBI indeksi 1,0001 təşkil edib
# 28 oktyabr 2010 06:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,1084 bənd və ya 12,2% artaraq oktyabr ayının 28-nə 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,2667 bənd və ya 26,7% azalaraq 0,7333 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi isə dəyişməz qalaraq 1,0001-ə bərabər olub.

AMFBI indeksinin azalması oktyabrın 27-də 4 mln. manat həcmində not buraxılışının dövriyyədən çıxarılmasından sonra bazar kapitallaşmasının azalması nəticəsində baş verib.

AGBI indeksinin artması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR