Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,3% enib, Nasdaq 0,2% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,3% enib, Nasdaq 0,2% yüksəlib
# 28 oktyabr 2010 06:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 27-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 11 126 bəndədək, S&P 500 0,3% - 1 182 bəndədək enib, Nasdaq 0,2% - 2 503 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, gələn həftə Federal Ehtiyat Sisteminin iqtisadiyyatın dəstəklənməsi üzrə gələcək addımlara həsr olunmuş iclası keçiriləcək və investorlar bu hadisəyə qədər ehtiyat addımlara üstünlük verir ki, bu da ABŞ fond bazarında kotirovkaların dinamikasına təsir edib.
Avropa fond bazarlarında oktyabrın 27-də FTSE 100 indeksi 1,1% - 5 646 bəndədək, Fransa CAC-40-ı 1% - 3 816 bəndədək, Almaniya DAX-ı 0,7% - 6 568 bəndədək enib.
Oktyabrın 27-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,2% azalaraq 1 322,6 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3819 (+0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR